Müştərisini borca görə qətlə yetirən mağaza sahibinin məhkəməsi başlayır

Müştərisini borca görə qətlə yetirən mağaza sahibinin məhkəməsi başlayır
# 01 iyun 2021 16:09 (UTC +04:00)

Göyçayda müştərəsini qətlə yetirməkdə təqsirlədirilən mağaza sahibi Ruslan Xəlilovun cinayət işi üzrə ibtdai istintaq başa çatıb.

APA xəbər verir ki, təqsirləndirilən şəxs barəsində toplanan cinayət işinin materialları baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Nahid Mirzəyevin icraatına verilib.

Qeyd edək ki, bu il fevralın 18-i saat 12 radələrində üzərində bıçaq xəsarəti olan 1989-cu il təvəllüdlü Salehov Polad Rəhman oğlunun rayon mərkəzi xəstəxanasında ölməsi faktı ilə bağlı Göyçay Rayon Prokurorluğuna məlumat daxil olub.

İstintaqla Göyçay şəhəri, Heydər Əliyev küçəsində yerləşən “Əsgəroğlu” adlı marketi işlədən Xəlilov Ruslan Xalis oğlunun fevralın 18-i saat 11 radələrində mağazaya borcu olan və bununla bağlı aralarında şəxsi münasibətlər zəmnində yaranan mübahisə nəticəsində Polad Salehova bıçaqla vuraraq xəsarət yetirməsinə, sonuncunun almış olduğu xəsarətdən xəstəxanada vəfat etməsinə əsaslı şübhələr müəyyən edilib.

Prokurorluq və polis əməkdaşları tərəfindən keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində Ruslan Xəlilov Göyçay şəhəri ərazisində tutularaq istintaqa cəlb edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR