Neftçalada yol-nəqliyyat hadisəsi zamanı 2 nəfər həlak olub

Neftçalada  yol-nəqliyyat hadisəsi zamanı 2 nəfər həlak olub
# 15 noyabr 2021 23:13 (UTC +04:00)

Avtomobil qəzasında 2 nəfər dünyasını dəyişib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Neftçala rayonunun Aşağı Qaramanlı kəndi ərazisində rayon sakinləri A.Xankişiyevin və N.Həsənovun idarə etdikləri “VAZ” markalı avtomobillər toqquşub.

Nəticədə A.Xankişiyevin sərnişinlərindən Namiq Əliyev və Xəyal Ağayev hadisə yerində ölüb, Sürücü A.Xankişiyev və digər sərnişini xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Neftçala polis şöbəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR