Ötən il orduya dəstək üçün keçirilən aksiyada saxlanılan şəxslərin bir qrupuna şərti cəza verilib

Ötən il orduya dəstək üçün keçirilən aksiyada saxlanılan şəxslərin bir qrupuna şərti cəza verilib
# 14 iyun 2021 13:16 (UTC +04:00)

Bu gün Səbail Rayon Məhkəməsində Azərbaycan Ordusuna dəstək üçün 2020-ci il iyulun 14-də keçirilən aksiya zamanı yaranmış insident faktı üzrə təqsirləndirilən bir qrupun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Vəkil Əsabəli Mustafayevin APA-ya verdiyi məlumata görə, hakim Ağamalı Qafarovun sədrliyi ilə keçirilən məhkəmə prosesində hökm oxunub. Hökmə əsasən, təqsirləndirilən 12 nəfər (Fuad Qəhrəmanlı, Bəxtiyar İmanov, Azər Məmmədov, Ayaz Məhərrəmov, Məmməd İbrahim, İlkin Əliyev, Ramiz Babayev, Fərid Abadov, Tural Vəliyev, Ariz İbadətoğlu, Səbuhi Mustafayev, Elçin Məmmədov) barəsində müəyyən müddətdə sınaq müddəti seçilərək şərti cəza verilib.

Dövlət ittihamçısı çıxış edərək təqsirləndirilən şəxslərə şərti cəza verilməsini istəyib.

Qeyd edək ki, ittihama əsasən, həmin şəxslər 2020-ci il iyulun 14-dən 15-nə keçən gecə Bakı şəhərində Azərbaycan Ordusuna dəstək məqsədilə keçirilən yürüşün sonunda ictimai qaydanın kobud surətdə pozulması hallarına yol verilməsi, Milli Məclisin inzibati binasının qapı-pəncərələrini sındıraraq içəriyə daxil olunması, aksiyanın təhlükəsizliyini təmin edən polis əməkdaşlarına müqavimət göstərməklə zor tətbiq edilməsində təqsirli biliniblər.
Barələrində həbsqətimkan tədbiri seçilən şəxslər daha sonra ev dustaqlığına buraxılıblar.


#
#

ƏMƏLİYYAT İCRA OLUNUR