Prokurorluq atanın 9 yaşlı qızına işgəncə verməsi ilə bağlı araşdırma aparır

Prokurorluq atanın 9 yaşlı qızına işgəncə verməsi ilə bağlı araşdırma aparır
# 08 iyun 2021 16:25 (UTC +04:00)

Bəzi kütləvi informasiya vasitələri və sosial media səhifələrində Rauf Vəliyevin 9 yaşlı qızı Milana Məlikzadəyə döyərək işgəncə verməsi və bunu keçmiş həyat yoldaşı Təranə Rzayevaya “Whatsapp” vasitəsilə zəng edərək nümayiş etdirməsi ilə bağlı yayılmış videogörüntülərlə əlaqədar hazırda Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsi tərəfindən araşdırma aparılır.

Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Günay Səlimzadə APA-nın sorğusuna cavab olaraq bildirib.

Qeyd olunub ki, nəticəsindən asılı olaraq qanuni qərarın qəbul edilməsi və ictimaiyyətə əlavə məlumatın verilməsi təmin ediləcək.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR