Qazaxda bir ailənin 4 üzvü döyülüb

Qazaxda bir ailənin 4 üzvü döyülüb
# 09 sentyabr 2021 08:19 (UTC +04:00)

Qazaxda döyülmə faktı qeydə alınıb.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Babək küçəsində qeydə alınıb.

1977-ci il təvəllüdlü Binnətova Elyana Tofiq qızı, 2005-ci il təvəllüdlü Binnətova Rəna Anar qızı, 1952-ci il təvəllüldü Binnətova Rəssam Bəxtiyar oğlu və 1979-cu il təvəllüldü Binnətova Vüsalə Rəssam qızı döyülmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər.

Dərhal onlara lazımi tibbi yardım göstərilib, vəziyyətlərinin kafi olduğu bildirilir.

İlkin məlumata görə, xəsarət alan şəxslər bir ailənin üzvləridir. Onlar öz aralarında mülk üstündə dava ediblər.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR