Qonşusunu bıçaqlayan Samux sakini saxlanılıb - YENİLƏNİB

Qonşusunu bıçaqlayan Samux sakini saxlanılıb  - YENİLƏNİB
# 07 sentyabr 2021 09:58 (UTC +04:00)

Samuxda qonşusunu bıçaqlayan şəxs tutulub.

APA-nın yerli bürosunun məlumatına görə, hadisəni rayonun Kolayır kənd sakini, 1994- cü il təvəllüdlü Pərviz Xəlilov törədib.

O, Samux rayon polis şöbəsinin keçirdiyi əməliyyat zamanı saxlanılıb və ilkin dindirmədə qonşusuna bir bıçaq zərbəsi vurduğunu etiraf edib.

Faktla bağlı araşdırma aparılır.

***

23:13

Samuxda bıçaqlanma hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Kolayır kəndində qeydə alınıb.

2000-ci il təvəllüdlü kənd sakini Raqif Balakişiyev bıçaqlanma diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Yaralı dərhal cərrahi əməliyyat edilib, vəziyyətinin kafi olduğu bildirilir.

İlkin məlumata görə, 21 yaşlı gənc qonşusu tərəfindən bıçaqlanıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR