Qubada “patı” istifadəçisi olan şəxslər saxlanılıb

Qubada saxlanılan şəxslər

© APA | Qubada saxlanılan şəxslər

# 26 avqust 2021 15:19 (UTC +04:00)

“Xaşxaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər çərçivəsində Quba Rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirlərini davam etdirirlər.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba Regional Qrupunda APA-yan bildirildiyinə görə, RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı Quba rayon sakini Süleyman Talıbov, Bakı şəhər sakinləri Musa İbrahimov və Rauf Nəzərli saxlanılıblar.

Həmin şəxslərin üzərinə baxış keçirilən zaman “patı”, “şüşə” adlanan narkotik tərkibli metamfetamin aşkar olunaraq götürülüb.

Faktla bağlı istintaq aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR