Sabirabdda qəza zamanı sürücü xəsarət alıb

Sabirabdda qəza zamanı sürücü xəsarət alıb
# 09 iyul 2021 23:26 (UTC +04:00)

Sabirabadda qəza zamanı 41 yaşlı sürücü xəsarət alıb.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, yol-nəqliyyat hadisəsi Sabirabad rayonunun Çöl Beşdəli kəndində qeydə alınıb.

“VAZ 2107” markalı avtomobili “Subaru” markalı avtomobillə toqquşub. Nəticədə “VAZ 2107” markalı avtomobilin sürücüsü Çöl Beşdəli kənd sakini, 1980-ci il təvəllüdlü Əliyev Rahib Eyvaz oğlu müxtəlif dərəcəli xəsarətlərlə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR