Şabranda sərnişin avtobusu yanıb

Şabranda sərnişin avtobusu yanıb
# 19 iyun 2021 13:12 (UTC +04:00)

Şabranda sərnişin avtobusunda yanğın olub.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, rayonun Aygünlü kəndində "Mercedes" markalı sərnişin avtobusunun yük yerində elektrik avadanlıqları yanıb.

Avtobusun qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR