Salyanda sosial yardım düzəltmək adı ilə dələduzluq edən şəxs tutulub

Salyanda sosial yardım düzəltmək adı ilə dələduzluq edən şəxs tutulub
# 14 sentyabr 2021 12:18 (UTC +04:00)

Salyanda dələduzluq edən şəxs müəyyən olunub.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari ilin may ayından sentyabr ayınadək olan müddətdə 5 nəfəri aldadıb (sürücülük vəsiqəsi və sosial yardım düzəldəcəyi adı ilə) onlardan ümumilikdə 6250 manat almaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş V.Zeynalov saxlanılıb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR