Şəkidə məktəb məzunu intihar edib

Şəkidə məktəb məzunu intihar edib
# 19 iyul 2021 13:25 (UTC +04:00)

Şəkidə məktəbi yeni bitirmiş oğlan intihar edib.

APA-nın Şimal-Qərb bürosunun məlumatına görə, hadisə ötən gün Şəki şəhər ərazisindəki köhnə tikilinin qazanxanasında qeydə alınıb. Belə ki, Şəki şəhər sakini, 17 yaşlı Emil Rəsulovun meyiti qazanxanada asılı vəziyyətdə aşkar edilib.

Qeyd edək ki, E. Rəsulov Şəki şəhər 8 saylı tam orta məktəbdə oxuyub, o, bu ilin məzunudur. 17 yaşlı gəncin hansı səbəbdən intihar etməsi hələ məlum deyil.

Faktla bağlı Şəki rayon prokurorluğunda araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR