Şirvanda fərdi yaşayış evində yanğın baş verib

Şirvanda fərdi yaşayış evində yanğın baş verib
# 07 noyabr 2021 21:57 (UTC +04:00)

Şirvanda fərdi yaşayış evində baş verən yanğın söndürülüb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Şirvan şəhəri, Mahir Mirzəyev küçəsi 5/1 ünvanında yerləşən fərdi yaşayış evində qeydə alınıb.

Şirvan sakini, 1964-cü il təvəllüdlü Ağayev Rəhim Əkbər oğluna məxsus fərdi yaşayış evində baş verən yanğın zamanı evin tavan hissəsinin 170 kv.metr sahəsi yanıb. Yanğın yerinə Şirvan YMX-nın texnikası və canlı qüvvəsi cəlb olunub. Yanğın lokallaşdırılıb və digər tikililərə keçməsinin qarşısı alınıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR