Sumqayıt sakini bıçaqlanaraq öldürülüb - VİDEO

Sumqayıt sakini bıçaqlanaraq öldürülüb - VİDEO
# 10 oktyabr 2021 10:54 (UTC +04:00)

Sumqayıtda qətl törədilib.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə gecə saatlarında şəhərin Zülfi Hacıyev küçəsində qeydə alınıb.
Şəhərin 5-ci mikrorayon ərazisində 2 nəfər arasında düşən mübahisə ölümlə nəticələnib. Sumqayıt şəhər 13-cü mikrorayon sakini 27 yaşlı Tural Abdulova mübahisə etdiyi şəxs tərəfindən bıçaq zərbəsi vurulub. Ürək nahiyəsinə nüfuz edən bıçaq zərbəsi nəticəsində T. Abdulov hadisə yerində ölüb.
Meyit aidiyyatı üzrə təhvil verilib. Qətli törədən şəxs saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR