Sumqayıtda avtomobilin vurduğu 60 yaşlı qadın ölüb, uşağın ayağı sınıb - VİDEO

qəza yeri, Sumqayıt

© APA | qəza yeri, Sumqayıt

# 10 oktyabr 2021 15:09 (UTC +04:00)

Sumqayıtda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Niyazi küçəsində qeydə alınıb.
Belə ki, 10 KV 042 dövlət nömrə nişanlı “Mercedes” markalı avtomobilin sürücüsü Qiyamət Ağayev yolu keçən piyada 1961-ci il təvəllüdlü Şabanova Zərifə Qədir qızını vurub. 60 yaşlı qadın aldığı xəsarətlərdən dünyasını dəyişib. Qadının yanında olan azyaşlı uşağın isə ayağı sınıb və o, xəstəxanaya aparılıb.
Meyit aidiyyatı üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR