Sumqayıtda "Mercedes" qəza törədib, sürücü yaralanıb - FOTO

Sumqayıtda "Mercedes" yol kənarında beton maneəyə çırpılıb

© APA | Sumqayıtda "Mercedes" yol kənarında beton maneəyə çırpılıb

# 23 may 2021 15:48 (UTC +04:00)

Sumqayıtda "Mercedes" yol kənarında beton maneəyə çırpılıb.

APA-nın yerli bürosunun məlumatına görə qəza şəhərin Zülfi Hacıyev küçəsində qeydə alınıb. Belə ki, "Mercedes" markalı avtomobilin sürücüsü döngədə idarəetməni itirərək nəqliyyat vasitəsini yol kənarında beton maneəyə çırpıb. Qəza nəticəsində avtomobilə ciddi zayan dəyib, sürücü xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR