Sumqayıtda usta hündürlükdən yıxılaraq ölüb

Sumqayıtda usta hündürlükdən yıxılaraq ölüb
# 22 iyun 2021 17:31 (UTC +04:00)

Sumqayıtda bədbəxt hadisə baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Novxanı bağları yaşayış massivində qeydə alınıb. Belə ki, bağ evlərindən birində aparılan tikintidə usta işləyən 1966-cı il təvəllüdlü Süleymanov Yaşar Cümşüd oğlu hündürlükdən yıxılıb. Hadisə nəticəsində ağır xəsarətlər alan 55 yaşlı kişini xilas etmək mümkün olmayıb. Mərhumun meyiti aidiyyatı üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR