Sumqayıtda yolda iri çat əmələ gəlib - FOTO - VİDEO - YENİLƏNİB

Sumqayıtda yolda iri çat əmələ gəlib - FOTO  - VİDEO  - YENİLƏNİB
# 07 iyul 2021 01:57 (UTC +04:00)

Mətnə video əlavə olunub.

***

Saat 01:21

Sumqayıt şəhərində yol örtüyündə iri çatlar əmələ gəlib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Heydər Əliyev prospektində, 16-cı məhəllə ərasizində qeydə alınıb.

Ərazidə olan avtomobil yollarından birinin asfalt örtüyündə çat əmələ gəlib və yer aralanıb. Təhlükəli vəziyyət yaranan əraziyə giriş məhdudlaşdırılıb və qırmızı lent çəkilib.

Qeyd edək ərazidə tikinti şirkətlərdən biri hündürmərtəbəli bina inşa edir və yaranan vəziyyətin bu səbəbdən baş verdiyi ehtimal olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR