Tərtər sakini güllələnərək öldürülüb - YENİLƏNİB-1 - VİDEO

Tərtər sakini güllələnərək öldürülüb - YENİLƏNİB-1  - VİDEO
# 18 oktyabr 2021 19:00 (UTC +04:00)

Oktyabrın 18-si saat 17 radələrində Tərtər rayonu Yuxarı Qapanlı kənd sakini 1986-cı il təvəllüdlü Murad Balacayevin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Tərtər rayon prokurorluğundan APA-ya verilən məlumata görə, aparılmış araşdırmalarla zərərçəkmişin həmkəndlisi 1995-ci il təvəllüdlü Ziyadxan Aslanovun aralarında yaranmış mübahisə zamanı Murad Balacayevə odlu silahdan atəş açaraq onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Tərtər rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Ziyadxan Aslanov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

***

18:23

Tərtərdə baş verən qətl hadisəsini törədən şəxsin kimliyi məlum olub.

APA-nın Qarabağ bürosunun məlumatına görə, həmkəndlisini odlu silahdan atəş açaraq öldürən şəxsin Əhlimanli Ziyadxan Elman oğlu olduğu bildirilir.

Hadisəyə səbəb kimi iki şəxsin arasında yaranan mübahisə göstərilir.

***

17.55

Tərtər rayon sakini güllələnərək öldürülüb.

APA-nın Qarabağ bürosunun məlumatına görə, hadisə rayonun Qapanlı kəndində baş verib.

Odlu silahdan güllə yarası alan kənd sakini Balacayev Murad Yaqub oğlu Bərdə Mərkəzi Rayon Xəstəxanasına aparılarkən yolda ölüb.

Hələlik hadisənin səbəbi məlum deyil.

Elgün Gəncimsoy

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR