Ucarda 5 nəfərin öldüyü qəza ilə bağlı cinayət işi başlanıb

Ucarda 5 nəfərin öldüyü qəza ilə bağlı cinayət işi başlanıb
# 09 iyul 2021 09:51 (UTC +04:00)

Ucarda 5 nəfərin ölümü, 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı Baş Dövlət Yol Polisinin İstintaq və Təhqiqat Şöbəsində Cinayət Məcəlləsinin 263.3-cü ( yol-istismar qaydalarını pozma, iki və daha çox şəxsin ölümünə səbəb olma) maddəsi ilə cinayət işi başlanıb.

APA xəbər verir ki, hazırda cinayət işi üzrə müəyyən ekspertizalar keçirilir.

Qeyd edək ki, hadisə gecə saatlarında Bakı-Qazax əsas magistral yolunun Ucar rayonunun Müsüslü kəndindən keçən hissəsində qeydə alınıb. Zaqatala rayon sakini, 1970-ci il təvəllüdlü Nazim Axundovun idarə etdiyi "Vito" markalı mikroavtobus Gədəbəy rayon sakini, 1984-ci il təvəllüdlü Sərxan Abdullayevin idarə etdiyi "Howo" markalı yük maşınının arxa hissəsinə çırpılıb.

Nəticədə sürücü N. Axundov və sərnişinləri - Zaqatala rayon sakinləri, 1985-ci il təvəllüdlü Eyvaz İbrahimov, 2004-cü il təvəllüdlü Yusif Yusubov, hələlik şəxsiyyətləri məlum olmayan 50-52 və 25-30 yaşlı qadınlar dünyasını dəyişiblər. Xaçmaz rayon sakini, 2002-ci il təvəllüdlü Rəcəb Ramin oğlu Mustafayev və Hürü adlı qız aldıqları xəsarətlərlə Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. Hürünün vəziyyəti daha ağır olduğundan o, Göyçay Rayon Xəstəxanasına göndərilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR