Bank Of Baku

Ucarda qəzada xəsarət alan azyaşlı xəstəxanada ölüb - VİDEO - YENİLƏNİB

Ucarda qəzada xəsarət alan azyaşlı xəstəxanada ölüb - VİDEO  - YENİLƏNİB
# 28 iyun 2021 10:09 (UTC +04:00)

Bakı-Qazax magistral yolunun Ucar rayonundan keçən hissəsində baş vermiş qəzada xəsarət alan azyaşlı xəstəxanada ölüb. 

APA-nın yerli bürosunun xəbərinə görə, ölən azyaşlı İlyas Elçin oğlu Cəlilovdur. 

Qeyd edək ki, gecə saatlarında Bakı-Qazax əsas magistral yolunun Ucar rayonundan keçən hissəsində ağır yol qəzası baş verib. Elçin Cəlilovun idarə etdiyi "Opel" markalı minik maşını Qəbələ rayon sakini, 1972-ci il təvəllüdlü Hikmət Ağayevin idarə etdiyi "KamAZ" markalı yük maşınına çırpılıb. 

Nəticədə sürücü E. Cəlilov ölüb. Onun 3 sərnişini - 2 yaşlı İlyas Elçin oğlu Cəlilov, 45 yaşlı Zaur Balay oğlu Xəlilov və 31 yaşlı Aysel Balay qızı Cəlilova aldıqları çoxsaylı xəsarətlərlə Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.  

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR