Paşha Bank
Bank Of Baku

Ukrayna səfirliyi: ABŞ Starshield məhdudiyyətləri ilə bağlı müraciətlərimizə cavab vermir

Ukrayna səfirliyi: ABŞ Starshield məhdudiyyətləri ilə bağlı müraciətlərimizə cavab vermir
# 17 noyabr 2026 04:39 (UTC +04:00)

Ukraynada “Starshield” peyk rabitə sisteminin fəaliyyətinə tətbiq edilən məhdudiyyətlər bir həftədir davam edir.

APA xəbər verir ki, bu barədə Ukraynanın ABŞ-dakı müvəqqəti işlər vəkili Denis Senik “X” sosial şəbəkəsində bildirib.

Onun sözlərinə görə, Ukrayna tərəfi məsələ ilə bağlı Vaşinqtona müraciətlər etsə də, indiyədək cavab almayıb.

Senik qeyd edib ki, ABŞ Müdafiə Nazirliyi jurnalistlərin sorğularına cavabında hər hansı məhdudiyyətin mövcudluğunu rədd edib.

“Birmənalı şəkildə bildirmək istəyirəm ki, bu, yerlərdəki real vəziyyətə ziddir. Sürət məhdudiyyətlərinin həqiqətən qüvvədə olduğunu təsdiqləyə bilərəm”, – diplomat vurğulayıb.

O, vəziyyətin ABŞ tərəfindən aydınlaşdırılmasına ehtiyac olduğunu bildirib.

“Yeddi gün cavabsız qalmaq həddindən artıq uzun müddətdir”, – Senik əlavə edib.

Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenski də daha əvvəl “Starshield” sisteminə tətbiq olunan sürət məhdudiyyətlərinin Rusiya dronlarının vurulmasını çətinləşdirdiyini açıqlamışdı.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR