Ağstafada avtomobil yol kənarındakı maneəyə çırpılıb, sürücü yaralanıb

Ağstafada avtomobil yol kənarındakı maneəyə çırpılıb, sürücü yaralanıb
# 22 avqust 2020 03:12 (UTC +04:00)

Ağstafada bir nəfərin xəsarət alması ilə nəticələn yol qəzası baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayonun ərazisindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan “VAZ 2106” markalı avtomobil idarəetməni itirərək yol kənarındakı maneəyə çırpılıb.

Qəza zamanı 1975-ci il təvəllüdlü sürücü Əliyev Elxan Nazim oğlu xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR