Bakıda kişi gicgah nahiyəsindən bıçaqlanıb

Bakıda kişi gicgah nahiyəsindən bıçaqlanıb
# 11 noyabr 2020 04:01 (UTC +04:00)

Bakının Nərimanov rayonunda dava zamanı bir nəfər ağır xəsarət alıb.

APA xəbər verir ki, hadisə Xəlil Rza Ulutürk küçəsində baş verib.

1976-cı il təvəllüdlü Həsənov Rafiq Həsən oğlu küçədə naməlum şəxslə əlbəyaxa dava edib. Dava R.Həsənovun bıçaqlanması ilə yekunlaşıb. Yaralı 3 nömrəli şəhər klinik xəstəxanasına çatdırılıb. O, başının gicgah nahiyəsinin kəsilmiş-deşilmiş xəsarətləri ilə reanimasiya şöbəsinə yerləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR