Beyləqanda avtomobil dirəyə çırpılıb, sürücü ölüb

Beyləqanda avtomobil dirəyə çırpılıb, sürücü ölüb
# 31 avqust 2020 00:13 (UTC +04:00)

Beyləqanda baş vermiş yol-nəqliyyat hadisəsi zamanı sürücü həyatını itirib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə zamanı rayon sakini, 1993-cü il təvəllüdlü Nəsibli Cəmil Eldar oğlu "VAZ 2107" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil yol kənarındakı beton dirəyə çırpılıb. C.Nəsibli ağır xəsarətlə Beyləqan Mərkəzi Rayon Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR