FHN: Ötən gün 23 yanğına çıxış olub, 5 nəfər xilas edilib

FHN: Ötən gün 23 yanğına çıxış olub, 5 nəfər xilas edilib
# 13 aprel 2021 11:17 (UTC +04:00)

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 23 yanğına çıxış və 2 halda köməksiz vəziyyətdə qalma faktları üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, ötən sutka ərzində 5 nəfər xilas edilib. Həmçinin, Taxtakörpü-Ceyranbatan su kanalında batmış 2003-cü il təvəllüdlü Xalıqova Aysel Aydın qızının meyiti dalğıc-axtarış qrupu tərəfindən kanaldan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR