Hacıqabul-Sabirabad yolunda avtoqəza zamanı xəsarət alan şəxs xəstəxanada ölüb - YENİLƏNİB

#
# 21:19
21 iyul 2020

Hacıqabul-Sabirabad yolunda baş verən qəzada xəsarət alan sürücü dünyasını dəyişib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Sabirabad rayonunun Yolçubəyli kənd sakini, 1980-ci il təvəllüdlü Mikayılov Teyyub Qulaməli oğlu Şirvan Şəhər Xəstəxanasının Reanimasiya şöbəsində keçinib.

***

Saat 19:14

Hacıqabulda ağır yol qəzası olub.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Hacıqabulun Padar kəndi ərazisində qeydə alınıb. "Toyota Prado" markalı avtomobil yoldan çıxaraq aşıb. Nəticədə sürücü və 3 nəfər sərnişin müxtəlif dərəcəli xəsarətlərlə Şirvan xəstəxanasına yerləşdirilib. Sürücü ağır olduğundan xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR