Tovuzda çayxana yanıb - FOTO

Tovuzda çayxana yanıb - FOTO
# 19 aprel 2021 20:18 (UTC +04:00)

Tovuzda yanğın hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Qovlar şəhərində parkdakı çayxanada qeydə alınıb.

Sözügedən parkda 1944-cü il təvəllüldü Sahib Zeynalova məxsus yarımtikilidə yanğın başlayıb. Dərhal əraziyə FHN-in yanğınsöndürən avtomobilləri və canlı qüvvəsi cəlb olunub. Yanğın söndürülüb, çayxananın qalan hissəsi yanğından mühafizə olunub.

Hadisənin baş verməsi səbəbləri araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR