Tovuzun Əlimərdanlı kəndində 7 ədəd top mərmisi tapılıb - FOTO

Tovuzun Əlimərdanlı kəndində 7 ədəd top mərmisi tapılıb - FOTO
# 28 avqust 2020 03:14 (UTC +04:00)

Avqustun 27-də saat 16:38-də Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Tovuz rayonu, Əlimərdanlı kəndi ərazisində 7 ədəd mərminin tapılması barədə məlumat daxil olub.

ANAMA-dan APA-ya verilən məlumata görə, agentliyin xüsusi mobil çevik əməliyyat və partladıcı axtaran xüsusi təlim keçmiş itlərdən ibarət kinoloji qrupları, Daxili İşlər Nazirliyinin Tovuz rayon Polis Şöbəsinin və Səhiyyə Nazirliyinin Tovuz rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım Stansiyasının əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və Tovuz rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş ərazidə otlaq sahəsinə baxış keçirilib.

Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polislər tərəfindən mühasirəyə alınıb.

Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində aşkar olunan 7 ədəd boş vəziyyətdə 100 mm-lik top mərmiləri (6 ədəd OF-415 və 1 ədəd OF-412) götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Top mərmilərinin ətrafında 500 kv.m əraziyə yerüstü, 20 kv.m əraziyə isə yeraltı baxış keçirilib, heç bir təhlükəli əşya və qurğu aşkarlanmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR