Xaçmazda baş verən qəzada iki bacı xəsarət alıb

Xaçmazda baş verən qəzada iki bacı xəsarət alıb
# 21 avqust 2020 11:48 (UTC +04:00)

Xaçmazda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, qəza Xaçmaz-Xudat yolunda qeydə alınıb. “VAZ-2106” markalı avtomobil “Mercedes” markalı maşınla toqquşub. Qəza nəticəsində 2011-ci il təvəllüdlü Rəfiqə Xəlilova və onun bacısı, 2017-ci il təvəllüdlü Şəfiqə Xəlilova xəsarət alıblar. Onlar Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Xaçmaz Rayon Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR