Xaçmazda iki maşın toqquşub, xəsarət alanlar var - VİDEO

Xaçmazda iki maşın toqquşub, xəsarət alanlar var  - VİDEO
# 18 aprel 2021 17:30 (UTC +04:00)

Xaçmaz rayonu ərazisinə yol nəqliyyat hadisəsi qeydə alınıb.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, qəza Gəndob-Yalama yolunun Xaçmaz rayonu ərazisindən keçən hissəsində baş verib.

"BNW" markalı avtomaşınla "VAZ" markalı nəqliyyat vasitəsi toqquşub. Qəza nəticəsində iki nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR