Gəncədə zəncirvarı qəza olub

Gəncədə zəncirvarı qəza olub
# 09 may 2021 15:18 (UTC +04:00)

Gəncədə yol nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Nizami Gəncəvi prospektində qeydə alınıb.

Hərəkətdə olan “Zil” markalı yük maşını “Priora” və “Mercedes” markalı minik maşınları ilə toqquşub. Qəza zamanı bir nəfər xəsarət alıb. Avtomobillərə ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR