Məhkəmə işğaldan azad olunmuş ərazilərə keçmək istəyən şəxslər barəsində qərar verib

Məhkəmə işğaldan azad olunmuş ərazilərə keçmək istəyən şəxslər barəsində qərar verib

© APA | Ağdam

# 15 may 2021 12:34 (UTC +04:00)

İşğaldan azad edilmiş ərazilərə keçmək istəyən şəxslər məsuliyyətə cəlb olunub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, mayın 13-də   polis əməkdaşlarının və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən Ağdam rayonunun işğaldan azad olunmuş kəndlərinə nəzarət postlarından kənar yollarla daxil olmağa cəhd göstərən 6 nəfər saxlanılaraq aidiyyəti üzrə Ağdam RPŞ-yə gətiriliblər.

Araşdırmalarla onların rayon sakinlərin Natiq Əsədov, Əli Məmmədov, Elmir Quliyev, Bəylər Məmmədov, Eldar Quliyev və Elgiz Cəfərov olmaları müəyyən edilib.

Saxlanılan şəxslər barəsində protokollar tərtib edilərək hüquqi qiymət verilməsi üçün rayon məhkəməsinə təqdim edilib.

Məhkəmənin qərarı ilə  N.Əsədov, E.Quliyev və M.Məmmədov 15 gün müddətinə həbs, digərləri barədə isə 200 manat məbləğində inzibati tənbeh tədbiri tətbiq edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR