Yevlaxda ev yanıb - FOTO - VİDEO

Yevlax, yanğın

© APA | Yevlax, yanğın

# 19 may 2021 18:45 (UTC +04:00)

Yevlax rayonunda ev yanıb.

APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə rayonun Hacıselli kəndində baş verib. Kənd sakini Hacıbaba Kərimova məxsus 3 otaqlı həyət evi əşyaları ilə birgə yanıb. Hadisə yerinə gələn yanğınsöndürmə briqadaları yanğının qarşısını alıb. Hadisə zamanı xəsarət alan olmayıb.

Məlumatlara görə, yanğın ailə münaqişəsi zəminində ev sahibi tərəfindən törədilib. Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR