Türkiyə Milli Müdafiə Nazirliyi (MN) Türkiyə və Azərbaycan qırıcılarının İstanbul səmasında həyata keçirdikləri uçuşların videogörüntülərini yayıb.
APA-nın xəbərinə görə, videogörüntülər Türkiyə MN-in “Twitter” hesabında paylaşılıb.
Qeyd edək ki, Türkiyə və Azərbaycan qırıcıları “Texnofest-2021” festivalı çərçivəsində İstanbul səmasında uçuşlar keçirib.