Vətən müharibəsi şəhidi Məmmədağa İmanov Neftçalada dəfn olunub - FOTO - YENİLƏNİB-1 - VİDEO

Neftçalada Vətən müharibəsinin şəhidi Məmmədağa İmanovun dəfn mərasimi

© APA | Neftçalada Vətən müharibəsinin şəhidi Məmmədağa İmanovun dəfn mərasimi

# 01 iyun 2021 17:20 (UTC +04:00)

Mətnə video əlavə olunub.

***

14:03

Vətən müharibəsinin şəhidi Məmmədağa İmanov anadan olduğu Neftçala rayonunda dəfn olunub.

APA-nın yerli bürosunun xəbərinə görə, şəhid hərbçinin nəşi Neftçala rayon Şəhidlər xiyabanında torpağa tapşırılıb.

Mərasimdə yaylım atəşi açılıb.

Dəfn mərasimində şəhid hərbçinin yaxınları, rayon ictimaiyyətinin nümayəndələri, hərbçilər iştirak edib.

Qeyd edək ki, İmanov Məmmədağa İqab oğlu 2001-ci ildə Neftçala rayonunun Dalğa kəndində anadan olub.

Onun Vətən müharibəsi başlayandan bir neçə gün sonra ailəsi ilə əlaqə saxladığı bildirilir. Bundan sonra ondan xəbər olmayıb, itkin kimi qeydə alınıb.

Hərbi Prokurorluğun dünən yaydığı məlumata görə, həyata keçirilmiş əməliyyat-istintaq tədbirlərinin nəticəsində itkin düşmüş daha bir hərbi qulluqçunun – əsgər İmanov Məmmədağa İqab oğlunun meyiti tapılaraq, şəxsiyyəti müəyyən edilməklə aidiyyəti üzrə verilməsi üçün zəruri tədbirlərin görülməsi təmin olunub.

***

11.52

Vətən müharibəsinin şəhidi Məmmədağa İmanovla Neftçala rayonunda vida mərasimi keçirilir.

APA-nın yerli bürosunun xəbərinə görə, şəhid hərbçinin nəşi anadan olduğu Neftçala rayonunun Dalğa kəndinə gətirilib.

Şəhidin anadan olduğu evdə keçirilən vida mərasimində yaxınları, hərbçilər, rayon ictimaiyyətinin nümayəndələri iştirak edir.

Qeyd edək ki, İmanov Məmmədağa İqab oğlu 2001-ci ildə Neftçala rayonunun Dalğa kəndində anadan olub.

Onun Vətən müharibəsi başlayandan bir neçə gün sonra ailəsi ilə əlaqə saxladığı bildirilir. Bundan sonra ondan xəbər olmayıb, itkin kimi qeydə alınıb.

Hərbi Prokurorluğun dünən yaydığı məlumata görə, həyata keçirilmiş əməliyyat-istintaq tədbirlərinin nəticəsində itkin düşmüş daha bir hərbi qulluqçunun – əsgər İmanov Məmmədağa İqab oğlunun meyiti tapılaraq, şəxsiyyəti müəyyən edilməklə aidiyyəti üzrə verilməsi üçün zəruri tədbirlərin görülməsi təmin olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR