Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi Azərbaycan Ordusunun modernizasiyası və yenidənqurma işləri planına əsasən həyata keçirilən fəaliyyətlər davam etdirilir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən mılumata görə, Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti cəbhəboyu zonada yeni inşa edilən mühəndis təyinatlı hərbi obyektlərin açılışında iştirak ediblər.
Müdafiə Nazirliyinin rəhbərliyi yeni istifadəyə verilən qərargah binası ilə də tanış olub. Qeyd olunub ki, qərargah mərkəzləşdirilmiş istilik sistemi, işıq, su, qaz və kommunikasiya xətləri ilə təchiz edilmiş inzibati və xidməti iş otaqları mebel avadanlıqları ilə də təmin olunub.
Müdafiə nazirinə məruzə edilib ki, mühəndis-istehkam hərbi hissələrinin yerinə yetirdiyi vəzifələr nəzərə alınmaqla, bu bölmələrin texniki baxımdan təkmilləşdirilməsi və döyüş potensialının artırılması üçün müasir texnika alınaraq qoşunların sərəncamına verilib. Hərbi əməliyyatların mühəndis təminatının yerinə yetirilməsi zamanı tətbiq olunan müxtəlif növ texnikanın saxlandığı park, şəxsi heyətin hazırlığı üçün nəzərdə tutulan taktiki sinif otaqları və digər inzibati binalar müvafiq avadanlıqlar və əyani təbliğat vasitələri ilə tam təchiz edilib.
General-polkovnik Z.Həsənov mühəndis qoşunların komandanlığına bölmələrin döyüş qabiliyyətinin artırılması və döyüş vasitələrinin effektiv istifadəsi ilə bağlı müvafiq tapşırıqlar verib.
Sonda nazirliyin rəhbərliyi şəxsi heyətlə birlikdə nahar edib.
Zakir Həsənov cəbhəboyu zonada yeni inşa edilən mühəndis təyinatlı hərbi obyektlərin açılışında iştirak edib
04 dekabr 2019 15:16 (UTC +04:00)
Hərbi
Qazaxıstan müdafiə nazirinin birinci müavini HHQ-nin Komanda Məntəqəsində olub
17:39
26 aprel 2024
Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətini dayandırıb - VİDEO - FOTO - YENİLƏNİB-1
17:00
26 aprel 2024
Hərbi prokuror: Qəsdən adam öldürmə cinayətləri 50, özünü öldürmə hadisələri 40 faiz azalıb
15:13
26 aprel 2024
MN sözçüsü: Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi regionda sülhə böyük töhfə verdi
12:20
26 aprel 2024