DSX: Sosial şəbəkələrdə yayılan görüntülərlə bağlı araşdırma aparılır

DSX: Sosial şəbəkələrdə yayılan görüntülərlə bağlı araşdırma aparılır
# 06 may 2021 13:04 (UTC +04:00)

Dövlət Sərhəd Xidməti (DSX) sosial şəbəkələrdə yayılan videogörüntülərə aydınlıq gətirib.

DSX-nın mətbuat xidmətindən APA-ya bildirilib ki, yayılan görüntülər ötən il işğaldan azad olunmuş ərazilərdən birində çəkilib.

Hazırda DSX rəisinin göstərişi ilə araşdırmalara başlanılıb.

Qeyd edək ki, sosial şəbəkələrdə yayılan videoda hərbi hissələrdən birində iki hərbçinin digər əsgərlərin kürəyinə "Şəmkir" yazaraq salam göndərdikləri əksini tapıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR