Vətən Müharibəsi qəhrəmanlarının büstləri qoyulacaq

Milli Məclis

© APA | Milli Məclis

# 06 may 2021 13:57 (UTC +04:00)

Vətən uğrunda həlak olanların xatirəsinin əbədiləşdirilməsinin formalarına dəyişiklik edilir.

APA-nın məlumatına görə, bu, “Vətən uğrunda həlak olanların xatirəsinin əbədiləşdirilməsi haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, Azərbaycan Respublikasının Vətən Müharibəsi qəhrəmanlarının büstləri qoyulacaq.

Eyni zamanda, Azərbaycan Respublikasının Vətən Müharibəsi qəhrəmanlarının adları küçələrə, meydanlara, təşkilatlara, müəssisələrə, hərbi və mülki gəmilərə veriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR