Teymur Mustafayev dəfn edilib

#
# 11:05
12 iyun 2020

Xalq artisti, xanəndə Teymur Mustafayev dəfn edilib.

Bu barədə APA-ya müğənni Yusif Mustafayev məlumat verib.

“Səhər tezdən cənazəni Bakıdan Cəlilabad rayonunun Alar kəndinə gətirdik. Elə indicə onu Alar kənd qəbiristanlığında, həyat yoldaşı və oğlunun yanında dəfn elədik”, - deyə o bildirib.

Qeyd edək ki, Teymur Mustafayev iyunun 11-də koronavirusdan vəfat edib.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR