Xalq artisti Ramiz Novruz səhhəti barədə açıqlama verib - YENİLƏNİB - VİDEO

Xalq artisti Ramiz Novruz

© APA | Xalq artisti Ramiz Novruz

# 12 dekabr 2021 10:34 (UTC +04:00)

Xalq artisti Ramiz Novruz xəstəxanaya yerləşdirilməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

O, APA-ya açıqlamasında bildirib ki, hazırda vəziyyəti yaxşıdır: "Ciddi bir şey olsa belə hər şey nəzarətdədir. İşə gedirəm. Ayın 30-na tamaşa salıblar.

Evdəyəm, xəstəxanada deyiləm. Evdə dərman qəbul edirəm. Hazırda mədəmdə möhkəm soyuqdəymə olub. Ondan müalicə alıram, vəssalam."

Qeyd edək ki, dünən Xalq artistinin mədə xərçəngi diaqnozu ilə xəstəxanaya yerləşdirilildiyinə dair məlumatlar yayılmışdı.

***

Saat 09:08

Akademik Milli Dram Teatrının aparıcı aktyoru, Xalq artisti Ramiz Novruz təcili xəstəxanaya yerləşdirilib.

APA Kulis.az-a istinadla xəbər verir ki, aktyorun oğlu Cavidan Novruz bu haqda məlumat yayıb. O bildirib ki, atasının vəziyyəti qəfildən pisləşib və onlar həkimə müraciət etməli olublar.

İlkin müayinədən sonra aktyora mədə xərçəngi diaqnozu qoyulub.

Aktyorun oğlu qeyd edib ki, Xalq artistinin müalicəsi Birinci vitse-prezident, Birinci xanım Mehriban Əliyeva tərəfindən nəzarətə götürülüb.

Allah şəfa versin.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR