Azərbaycanın ilk qadın kino-mexaniki Nailə Bədəlovanın və kinoşünas Arzu Bağırovun şəxsi arxiv materialları Dövlət Film Fonduna təqdim edilib

Azərbaycanın ilk qadın kino-mexaniki Nailə Bədəlovanın və kinoşünas Arzu Bağırovun şəxsi arxiv materialları Dövlət Film Fonduna təqdim edilib
# 15 iyul 2010 14:42 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Azərbaycanın ilk qadın kino-mexaniki Nailə Bədəlovanın sənədləri, orden-medalları və başqa arxiv materialları Dövlət Film Fonduna təqdim edilib. Dövlət Film Fondundan APA-ya verilən məlumata görə, bu materialları fonda onun qızı Sevinc Bədəlova təqdim edib. Qeyd etmək lazımdır ki, Nailə Bədəlova 30-cu illərdən Bakı kinoteatrlarında kino-mexanik işləməyə başlayıb. O, Bakının o zaman məşhur kinoteatrlarından “Təyyarə”, “Forum” və “Nizami”də 50-ci illərin sonlarına qədər kino-mexanik kimi fəaliyyət göstərib. Böyük Vətən Müharibəsinin iştirakçısı olub və bir çox orden, medallarla təltif olunub.

Bununla yanaşı, Dövlət Film Fonduna tanınmış kinoşünas, sənətşünaslıq namizədi Arzu Bağırovun şəxsi kitabxanası və arxivi verilib. Arzu Bağırov Memarlıq və İncəsənət İnstitutunda çalışıb. Sənədlər və kitabxana onun qohumu, tanınmış bəstəkar Eldar Mansurov tərəfindən fonda təqdim olunub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR