Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvü Zemfira Babayeva vəfat edib

Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvü Zemfira Babayeva vəfat edib

© APA | Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvü Zemfira Baba

# 20 iyul 2021 14:03 (UTC +04:00)

Əməkdar Mədəniyyət işçisi, Yeni Azərbaycan Partiyasının üzvü, Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvü, Azərbaycan kinosunun veteranı Zemfira xanım Babayeva uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.

Bu barədə APA-ya İttifaqdan bildirilib.

Zemfira Babayeva 17 noyabr 1954-cü ildə Bakıda anadan olub.

Uzun illər “Azərbaycanfilm” kinostudiyasında müxtəlif vəzifələrdə çalışıb. Sonralar fəaliyyətinə Azərbaycan Kinematoqrafçılar İttifaqında davam edib və ömrünün axırına qədər də adı keçən ittifaqda çalışıb.

Ömrünün 47 ilini Azərbaycan kinosuna həsr edən Zemfira xanım, bu sahədə bir çox uğurlu layihələrin gerçəkləşməsində yaxından iştirak edib. Fransada Azərbaycan Kinosu günləri (2001-ci il) , İsveçrə Kinosu günləri (Bakı, 2003-cü il), dahi bəstəkar Qara Qarayevin 90-illik yubileyinə  həsr olunmuş açıqca və  sd diskin nəşri, Beynəlxalq Uşaq Filmləri Festivalı (2007-ci il, Bakı), “Fokus” kino jurnalının nəşri,  UNESCO-nun sifarişi ilə  “İlahi səda”  sənədli filmi (2011-ci il), Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “Şəbəkə” qısa metrajlı filmi və s. Zemfira Babayevanın uğurlu layihələrindəndir.

Onu da qeyd edək ki, onun fəaliyyəti sadəcə kino ilə məhdudlaşmırdı, eyni zamanda Azərbaycan teatrının inkişafında da yaxından iştirak edirdi. 2013-cü ildən Bakı Bələdiyyə Teatrının truppa müdiri kimi çalışıb və teatrın son illərdə qazandığı uğurlarda ciddi rol oynayıb.

Allah rəhmət eləsin!

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR