Bank Of Baku

Türkiyənin tanınmış aktyoru Kartal Tibet vəfat edib

Kartal Tibet

© APA | Kartal Tibet

# 02 iyul 2021 10:24 (UTC +04:00)

Türkiyəli rejissor, ssenarist və aktyor Kartal Tibet 83 yaşında vəfat edib. 

APA-nın NTV telekanalına istinadən verdiyi xəbərə görə, bu barədə aktyor Civan Canova “Instagram”da bildirib. 

Qeyd edək ki, Kartal Tibet 1938-ci ildə Ankarada dünyaya gəlib. K. Tibet Ankara Universiteti Dövlət Konservatoriyasının teatr fakültəsindən məzun olub. O, 200-ə yaxın filmlə Türkiyə kinosuna töhfə verib. K. Tibet, son olaraq 2006-cı ildə “Dünyanı xilas edən adamın oğlu” və “Amerikalılar Qara dənizdə 2” adlı filmlərin rejissoru olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR