ADY: Bakı-Tbilisi-Bakı qatarına alınan biletlərin məbləği tam həcmdə geri qaytarılır

ADY: Bakı-Tbilisi-Bakı qatarına alınan biletlərin məbləği tam həcmdə geri qaytarılır
# 16 mart 2020 17:12 (UTC +04:00)

Bakı-Tbilisi-Bakı qatarı ilə Gürcüstan ərazisinə getmək üçün alınmış biletlərə görə ödənilən məbləğ "Azərbaycan Dəmir Yolları" QSC (ADY) tərəfindən tam həcmdə geri qaytarılır.

QSC-dən "APA-Economics"ə verilən məlumata görə, biletlərin qaytarılması prosesi normal qaydada davam edir.

Qeyd edək ki, Məlumat verdiyimiz kimi, 2020-ci il 14 mart saat 00:00-dan etibarən on günlük müddətə Azərbaycan və Gürcüstan arasında dövlət sərhədinin bütün nəqliyyat vasitələri üçün müvəqqəti bağlanması ilə əlaqədar Bakı-Tbilisi-Bakı sərnişin qatarı Böyük Kəsik stansiyasına qədər hərəkət edib Bakıya qayıdır. Bununla bağlı Bakı-Tbilisi-Bakı sərnişin qatarının Azərbaycan ərazisindəki hərəkət cədvəlinə, stansiyalara çatma və yola düşmə vaxtlarına dəyişiklik edilməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR