ADY beş müəsissəsini birləşdirərək yeni şirkət yaradır

ADY beş müəsissəsini birləşdirərək yeni şirkət yaradır
# 26 aprel 2021 11:56 (UTC +04:00)

"Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) "Əsaslı Tikinti və Texniki Nəzarət" MMC-si yenidən təşkil olunur və adı dəyişdirilir.

Bu barədə "APA-Economics" Dövlət Vergi Xidmətinin "Vergilər" qəzetində yerləşdirilən elana istinadən xəbər verir.

Məlumata görə, MMC "Dəmiryolservis" MMC-nin, "5 saylı İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi" MMC-nin, "11 saylı İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi" MMC-nin, "ADY Servis" MMC-nin və "Əsaslı Təmir" MMC-nin ona qoşulması nəticəsində yenidən təşkil olunur, adı isə dəyişdirilərək "ADY Tikinti" MMC adlandırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR