Azərbaycanda dəmir yolu ilə yükdaşımalar 7,2% artıb

Azərbaycanda dəmir yolu ilə yükdaşımalar 7,2% artıb
# 16 aprel 2021 13:15 (UTC +04:00)

Azərbaycanda dəmir yolu nəqliyyatı ilə bu ilin yanvar-mart aylarında 3,8 mln. ton yük, 476,2 min sərnişin daşınıb.

Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, 2020-ci ilin eyni dövrü ilə müqayisədə yük daşınmasında 7,2% artım, sərnişin daşınmasında isə 56% azalma müşahidə olunub.

Orta hesabla sutkada 389 vaqon yüklənib, 346 vaqon isə boşaldılıb. Sutka ərzində dəmir yolunun Şimal istiqaməti üzrə 18,8 min ton, Qərb istiqaməti üzrə 3,2 min ton, Cənub istiqaməti üzrə isə 1 min ton yüklənmə işi yerinə yetirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR