"Azərişıq"ın sədr müavini Fizuli rayonunda vətəndaşları qəbul edib

"Azərişıq"ın sədr müavini Fizuli rayonunda vətəndaşları qəbul edib
# 07 fevral 2020 13:56 (UTC +04:00)

Bu gün “Azərişıq” ASC sədrinin müavini Ramil Yusifov Fizuli rayonunda vətəndaşları qəbul edib.

ASC-dən “APA-Economics”ə verilən məlumata görə, Heydər Əliyev Mərkəzində keçirilən qəbulda Fizuli rayonunun sakinləri iştirak ediblər. Qəbul zamanı “Azərişıq”ın fəaliyyət istiqaməti üzrə şikayət və təkliflər dinlənib.

R. Yusifov bütün məsələlərin qanunvericiliyə uyğun və operativ şəkildə həll edilməsi üçün cəmiyyətin əlaqədar struktur qurumlarının rəhbərlərinə və rayon elektrik şəbəkəsinin rəisinə müvafiq göstərişlər verib.

Vətəndaşların müraciətlərinin əsas hissəsi yerindəcə öz həllini tapıb.

Araşdırılma tələb edən müraciətlər nəzarətə götürülüb və operativ həlli üçün icraya yönəldilib. “Azərişıq”ın fəaliyyət istiqamətlərinə aid olmayanların isə qeydə alınaraq aidiyyəti üzrə göndəriləcəyi bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR