Bakı aeroportunda genişmiqyaslı dezinfeksiya işləri aparılıb - FOTO

Bakı aeroportunda genişmiqyaslı dezinfeksiya işləri aparılıb - FOTO
# 04 sentyabr 2020 13:12 (UTC +04:00)

Sentyabrın 4-nə keçən gecə Heydər Əliyev Beynəlxalq Aeroportunda genişmiqyaslı profilaktik dezinfeksiya işləri aparılıb.

“Azərbaycan Hava Yolları” QSC-dən (AZAL) “APA-Economics”ə verilən məlumata görə, dezinfeksiya gecə saatlarında, hava limanı ərazisində sərnişinlərin və işçi heyətin olmadığı zaman həyata keçirilib.

“Genişmiqyaslı dezinfeksiya Bakının hava limanı ərazisində COVID-19 virusunun yayılmasının qarşısını almaq, sərnişinlər və işçi heyət üçün təhlükəsiz və sağlam mühit yaratmaq məqsədi daşıyır. Aerovağzal kompleksinin bütün sahələri antiseptik və dezinfeksiyaedici vasitələrlə tam emal olunub, gediş, gəliş, baqaj qəbulu zallarında zərərsizləşdirici tədbirlər görülüb. Döşəmələr, divarlar, oturacaqlar, pəncərələr, eskalatorlar, qeydiyyat masaları, baxış zonaları, liftlər, traplar, tutacaqlar, sürahi səthləri, qapı tutacaqları və s. dezinfeksiyaedici məhlulla emal edilib, - deyə AZAL-dan bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR