Bakı liftlərində dispetçer sistemi quraşdırılacaq

Bakı liftlərində dispetçer sistemi quraşdırılacaq
# 09 aprel 2021 13:03 (UTC +04:00)

"Bakı Lift-Təmir" İB paytaxtdakı liftlərdə dispetçer sisteminin quraşdırılmasına dair keçirilən tenderin qalibini müəyyənləşdirib.

"APA-Economics"in "Elektron satınalma" portalına istinadən verdiyi məlumata görə, tender komissiyasının qərarına əsasən, İB-nin elan etdiyi tenderlərin qalibi "Assistance Construction" şirkəti seçilib. Şirkətlərlə ümumi dəyəri 1,9 mln. manatdan çox təşkil edən müqavilə imzalanıb.

Müqaviləyə əsasən şirkət tərəfindən həmçinin sistem üçün proqram təminatı yazılaraq mərkəzi dispetçer məntəqəsi ilə inteqrasiya olunacaq. Bundan başqa liftlərin mühərrik otağına gedən əsas elektrik xətti yenilənəcək və torpaqlama xətti ilə təmin olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR