DANX: Gürcüstanda qalmış Azərbaycan vətəndaşlarının ölkəyə gətirilməsinə izn verilib

DANX: Gürcüstanda qalmış Azərbaycan vətəndaşlarının ölkəyə gətirilməsinə izn verilib
# 16 mart 2020 15:06 (UTC +04:00)

15 mart 2020-ci il tarixində koronavirus epidemiyasına qarşı təxirəsalınmaz tədbirlər çərçivəsində Türkiyə ilə Gürcüstan arasında Sarp sərhəd keçid məntəqəsinin Türkiyə vaxtı ilə 17:00-da bağlanmasına dair verilən qərarın nəticəsi olaraq İstanbul-Bakı müntəzəm marşrut xətləri üzrə avtobusların girişi sərhəddə məhdudlaşdırılıb.

APA-Econimics” Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) yaydığı məlumata istinadən xəbər verir ki, "Vardar" və "Metro" şirkətlərinə məxsus 99 JH 866 və 34 EK 7002 dövlət nömrə nişanlı avtobusların Gürcüstan sərhədindən tranzit keçidinə izn müəyyən təhlükəsizlik tədbirləri səbəbi ilə bu gün saat 14:30-da verilib.

Türkiyə Cümhuriyyətinə məxsus "Metro" daşıyıcı şirkətinin avtobusuna sərhəddən tranzit keçid izni verilmədiyi üçün, həmin avtobusda olan sərnişinlər Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinin Yerüstü Nəqliyyat Agentliyi tərəfindən xüsusi avtobusla təmin edilib.

Sərnişinlər Gürcüstanın Lançxuti şəhərində SOCAR-a məxsus yanacaqdoldurma məntəqəsində istirahət edə biləcək, su və zəruri qida ilə təmin olunacaqlar.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi aparılan danışıqlar nəticəsində göstərilən operativ münasibətdən dolayı Türkiyənin Azərbaycandakı səfirliyi, Türkiyə Cümhuriyyəti Nəqliyyat və İnfrastruktur Nazirliyinin Avtomobil Daşımalarının Tənzimlənməsi Baş İdarəsi, Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinin Yerüstü Nəqliyyat Agentliyinə və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə xüsusi təşəkkürünü bildirir.

Məlumat üçün qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın tələblərinə müvafiq şəkildə təhlükəsizlik tədbirləri çərçivəsində ümumi prosedur qaydalarından sonra sərnişinlərimizin dövlət sərhədindən buraxılış məntəqələrinə keçidinə icazə veriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR